AZAL RUSİYANIN BU ŞƏHƏRLƏRİNƏ UÇUŞLARI NİYƏ DAYANDIRDI?
Baxış sayı: 42
Azərbaycan Hava Yolları aviaşirkəti (AZAL) “Embraer 190 təyyarənin qəzaya uğraması ilə bağlı aparılan ilkin araşdırmaların nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, Bakıdan Rusiyanın Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara hava limanlarına reysləri 28 dekabr 2024-cü il tarixindən yekun araşdırma başa çatana qədər Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən dayandırır. Bu barədə bilgini AZAL yayıb.
Qeyd edək ki, dekabrın 25-də AZAL Bakıdan Qroznı və Mahaçqala şəhərlərinə uçuşların dayandırılması barədə qərar vermişdir. Təhlükəsizlik səbəbindən Qroznı və Maxaçqala da daxil olmaqla, adları qeyd edilən istiqamətlər üzrə digər aviaşirkətlərin də uçuşlarının dayandırılması barədə qərar qəbul edilib. Mövcud vəziyyətlə əlaqədar olaraq, bu istiqamətlər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər.