"AZƏRİŞIQ": SAHİBKARLARIN ONLAYN MÜRACİƏTLƏRİNDƏ CİDDİ ARTIM VAR
Baxış sayı: 1025
“ASAN xidmət”, “ASAN Kommunal” və eləcədə elektron qaydada obyektini elektrik şəbəkəsinə qoşdurmaq üçün “Azərişıq” ASC-yə müraciət edənlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə çox böyük artım var, bu sözləri"Azərişıq" ASC-nin "ASAN Xidmət"lə iş və Elektron İdarəetmə Departamentinin direktor müavini İsa İsazadə Qubadakı "ASAN Xidmət" mərkəzində keçirilən brifinqdə deyib.onun sözlərinə görə ,Sahibkarların müraciətlərinin sayında ciddi artım müşahidə olunması heç şübhəsiz ki, aparılan islahatlarla bağlıdır. Şəbəkəyə qoşulma müddətinin 24 gündən 20 günə, prosedurların isə 3-dən 2-yə endirilməsi, Bundan başqa, şəbəkəyə qoşulma ilə bağlı kilovata görə vahid tarifin tətbiq olunması və nəhayət müraciətlərin elektron qaydada qəbul olunması da müsbət mənada öz rolunu oynayıb.O həmçinin əlavə edib ki, elektron müraciətlərin İdarəolunması sistemi vasitəsilə hazırda hər bir sahibkar çox rahat bir formada onlayn obyektinə işıq çəkdirə bilir .“Reyester və qeydiyyat nömrələri sistemə daxil edilən kimi dərhal obyektin koordinatları ilə obyektə ən yaxın transformator məntəqəsi avtomatik müəyyənləşir. Bununla da sahibkar qoşulma haqqını hesablayır və onlayn qaydada ödəniş edir. Nəticədə 20 gündən gec olmayaraq sahibkar elektrik enerjisi ilə təmin olunur.Brifinq zamanı həmçinin prezident İlham Əliyevin “Ağıllı şəhər və Ağıllı kənd” Konsepsiyası ilə bağlı göstərişinə uyğun olaraq ölkəmizdə, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə Azərişıq Açıq Səhmdar Cəmiyyətinin həyata keçirdiyi “Ağıllı Şəbəkələr ” layihəsindən də bəhs edilib.