5 yaşlı Maqsud Yusifzadə şahmatda özündən yaşca böyüklərə qalib gəlir və kalkulyatordan daha sürətli hesablayır. Maqsudun valideynlərinin sözlərinə görə o danışmazdan əvvəl saymağa başlayıb. Onun ilk sözləri ana və ata yox, bir, iki, üç olub.
"İlk oyuncaqları isə şahmat fiqurları - piyadalar, fillər və atlar olub”. Atası Zaur Yusifzadənin dediyinə görə, Maqsudu şahmat məktəbinə qoymaq istəyəndə hələ 4 yaşı olmadığından onu məktəbə qəbul etmək istəmirdilər.Buna baxmayaraq bir il sonra uşaq turnirdə 8 yaşlı şahmatçıları məğlub edərək qızıl medal qazanıb.Bununla yanaşı, Maqsud kompüterlə hesablama yarışına qatılır, anası onu bazara aparanda isə kalkulyatordan tez hesablayır.“O, dərhal nə qədər ödəyəcəyimi, nə qədər qalıq pul qaytarılmalı olduğunu deyə bilər. Çalışırıq ki, onun bu əməyindən öz məqsədlərimiz üçün istifadə etməyək. Ancaq bu, əladır, əsl köməkçimizdir”, - vunderkindin anası Elnarə Yusifzadə vurğulayıb.Xatırladaq ki, 6 ölkədən 300 vunderkindin qatıldığı zehni riyaziyyat üzrə olimpiada zamanı Maqsud Yusifzadə ikinci yeri tutub.