AZƏRBAYCANLA TÜRKİYƏ ARASINDA TURİZM SAHƏSİ MÜZAKİRƏ OLUNUB

Azərbaycanla Türkiyə arasında turizmin inkişafı, turistik səfər saylarının artırılması, qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması məsələləri avqustun 12-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahid Bağçı arasında müzakirə olunub.