AZƏRBAYCANIN TOXUMLA BAĞLI ÇƏTİNLİYİ YOXDUR
Baxış sayı: 553
Azərbaycanın müxtəlif rayonlarında keçirilən toxum sərgi-satış yarmarkası bu dəfə Qubada keçirildi. Yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər. Tədbirin açılış mərasimindən sonra yarmarkada sərgilənən yüksək məhsuldarlığa və quralığa davamlı toxum sortları ilə tanış olan tədbir iştirakçıları belə sərgi-satış yarmarkalarının keçirilməsinion fermerlər üçün önəmindən danışdılar. Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, kənd təsərrüfatının bütün sahələrində olduğu kimi toxumçuluğun inkişafına mühüm diqqət yetirilir. Fermerlərin keyfiyyətli toxumlarla təminatı istiqamətində mühüm tədbirlər həyata keçirilir.Yarmarkada iştirak edən Meyvəçilik və çayçılıq elmi tədqiqat instutu bu sərgidə müxtəlif meyvə bitkilərinin çalaqaltıları ilə yanaşı fransadan gətirilmiş 2 növ buxda sortu da sərgiıədiSİTədbirdə tərəvəzçilik elmi tədqiqat instuti nümayəndələrinin sərgilədiyi virusdan azad kartof toxumları sərgiyə qtılan fermerlərin marağına səbəb oldu Dövlət toxum fondunun sədr müavini Etibar Əmrahov sərgi satış yarmaqrkasında iştirak etmələrində əsas məqsəd həm yerli, həmdə xaricdən idxal olunana buxda sortlarının tanıdılması, quraqlığa və yüksək məhsuldarlığa toxumların fermərlər arasında tanıdılmasıdır.Qubada təşkil edilən sayca 3-cü yarmarkada 20-dən çox toxumçu fermer iştirak edib. Sərgi-satış yarmarkasında 30-dan çox sortun toxumu təqdim edilir. Sərgi-yarmarka çərçivəsində fermer və sahibkarları maraqlandıran suallar cavablandırılıb və müzakirələr aparılıb. Toxum sərgi-satış yarmarkası konsert proqramı ilə davam edib.