AZƏRBAYCANIN ERMƏNİ ƏSİLLİ SAKİNLƏRƏ TƏKLİFİ

Soyqrım Nədir? Soyqrım və ya genosid yunana və latın dillərində “nəsli öldürürüəm” anlamında iki sözün birləşməsindən əmələ gəlib və etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və

sistematik şəkildə tam və ya qismən məhv edilməsidir. "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyaya görə soyqırım yalnız "beynəlxalq hüquq üzrə, BMT-nin mahiyyətinə və məqsədlərinə zidd, sivil dünya tərəfindən cinayət hesab olunan cinayət" hesab edilmir, həmçinin "bütün tarixi dövrlərdə soyqırım bəşəriyyətin amansız böyük itkisi" sayılır. Bütün bunları bilərək isə bu gün özünü sivil və demokratik dövlətlər sayan bir çox qərb dövlətlərinin tarixində soyqrım törədən dövlət damğası var. Və bu soyqrım cinayətləri hələ də Fransa kimi qərb dövlətləri tərəfindən müstəmləkə altında saxladıqları ölkələrdə baş verməkdədir. Tarixində “soyqrım törədən ölkə” damğası olan Fransa da o fransadır ki, bu gün ermənistanın terorrorçu qüvvələrini dəstəkləyir. Əlcəzairdə, Mərakeşdə, Ruandada və s. Afrika ölkələrində törətdiyi kütləvi soyqırımlar azmış kimi indi də ermənistana yardım adı ilə Güney Qafqazda özünə yer etmək fikrindəydi. Amma fikrindəydi... Azərbaycanın Qarabağda başlatdığı antiteror əməliyyatlara və bu əməliyyatlardan sonra Qarabağda yaşayan erməni əsilli insanalara Azərbaycan dövlətinin onun vətəndaşı olması təklifini irəli sürənə, Qarabağın erməni əsilli sakinlərinə humanitar yardımın göndərlilməsinə qədər. Bütün bunlardan sonra Güney Qafqazın qapıları da, elə pencərələri də fransanın üzünə birdəfəlik bağlandı. Bu gün Qarabağın erməni əsilli sakinlərinin Qarabağdan köçü kütləvi şəkildə davam etsə də, onların bu köçü heç bir basqı altında qalmadan könüllü baş verir, Azərbaycan ona tam hüquqlu Azərbaycan vətəndaşı olmağı təklif etsə də. O Azərbaycan ki, ermənistandan fərqli olaraq burda müxtəlif millətlərin və xalqların nümayəndələri dostluq və qardaşlıq şəraitində yaşayır. O cümlədən ermənilər də. 2021-ci ilin statistik göstəricilərinə əsasən onların sayı 120 700 nəfərdir. Bu gün Azərbaycanda yaşayan bütün xalqların, millətlərin nümayəndələri hamısı Azərbaycan vətəndaşıdılar. Bəs Ermənistanda nə qədər Azərbaycan türkü yaşayır? 0. Çünki ermənistanın Azərbaycan türklərinin hamısı ölkədən deportasiya olundu, etnik təmizləmə aparıldı. O deportasiyalar idi əsl soyqırım, hansı ki 20-ci əsrin əvvəllərində Naxçıvanda, Bakıda, Qubada və Azərbaycanın digər bölgələrində baş vermişdi. Bu gün Azərbaycanın onlara təklif etdiyi vətəndaşlıq təklifini qəbul etməyib, rahatlıqla, heç bir əngəllə üzləşmədən Qarabağdan ermənilərin köçünü Qarabağda yaşayan erməni əsillə xalqa qarşı “soyqım” adlandıranlar doğurdan əsl soyqrımın nə olduğunu bilmirlər? Bilmirlərsə xatırladaq