Açıq hava altında tarix-etnoqrafiya muzeyi hesab edilən Azərbaycanın ən qədim kəndi hansıdır? Dünyada açıq hava altında muzey hesab edilən yaşayış məntəqələri az deyil. Belə kəndlərdən biri də Azərbaycanın payına düşüb. Bəs Dünyanın muzey kəndləri ilə rəqabət apara biləcək bu kənd haradır?
Sanki nağıllar aləminə düşmüşdük, tarixlə müasirliyin vəhdətində olan Xınalıq kəndinə heyran olmamaq mümkün deyil.Kəndin insanları sanki əziz qonaqları gəlmiş kimi həvəslə çəkilişə köməklik edirdilər. Kəndin uşaqlarının təbirincə desək televizora çəkən əmilərin hər sözünə, hər sualına uşaqlı böyüklü hamı cavab verir, kəndin tarixindən danışırdılar. Bəlkədə Xınalıq qədər öz tarixlərinə bağlı, ənənələrinə sadiq insanlar yaşayan kənd tapmaq çətindir. Kəndin mərkəzinə yığışmış ağsaqqalar bizi görən kimi tək tək kəndin tarixi haqqında həvəslə danışırdılar. Özlərinə Kət, kəndlərinə isə Kətiş deyən kəndin sakinləri xınalıq dili kimi rəvan və bədii nitq qabiliyyətinə malikdirlər. Sanki kənddə hamı şairdi. Kiminlə söhbət edirsən et hər kəs fikrinin sonunda mütləq 1-2 bənd şer deməlidi.Kəndin hər daşı hər tikilisi bir tarix ,bir veriliş mövzusudur.Qafqaz tv olaraq sizə Azərbaycanın bu füsünkar məkanını tanıtmağa hələ çox davam edəcəyik.