AZƏRBAYCANI VƏ BAKINI SİZİN GƏZİNTİ SİYAHINIZA SALACAQ 10 SƏBƏB.

Avstraliyanın populyarlığı ilə seçilən “The journal by intrepid travel” saytı tanınmış bloqer və jurnalist Kasandra Çarlikin “Azərbaycana səyahətin 10 səbəbi “ barədə məqaləsini yayıb.

“Azərbaycanı və Bakını sizin siyahınıza salan 10 səbəb” adlı məqalədə Kasandra Çarlik Yer kürəsində maraqlı yerlərin kifayət qədər olduğunu qeyd edir, lakin Bakının sizin “mütləq səyahət etməli” siyahınızda ən ön yerlərdən birini tutmasının zəruriliyini vurğulayır. Bu səbəblər içərisində ilk olaraq Azərbaycanın və Bakının zəngin və maraqlı arxitekturası göstərilir. UNESKO-nun Dünya İrsi siyahısına daxil edilmiş İçərişəhər kompleksindən başlayaraq, qədim Şərqin və müasir Avropanın arxitektura nümunələrinin bu şəhəri bənzərsiz etdiyini vurğulayır. Bu mədəniyyət abidələri içərisində modern üslubu ilə diqqəti cəlb edən Heydər Əliyev Mərkəzini, möhtəşəm Alov qüllələrini və ecazkar Qız qalasını xüsusi vurğulayır.K.Çarlik daha sonra Yanar dağ kompleksindən ,Xalça muzeyindən və Şirvanşahlar muzeyindən bəhs edir.Bakıya səyahətin səbəbləri sırasında bu şəhərin piyada gəzintisi üçün çox əlverişli olduğunu qeyd edən müəllif, buradakı zəngin arxitektura nümunələrini seyr etməyi tövsiyə edir.Bildirir ki, Azərbaycanın dadlı mətbəxindən sonra açılan çox zəngin çay süfrəsi də bu ölkəyə səyahətin səbəblərindən biri ola bilər. Samovarda qaynadılan və xüsusi dəmləmə qaydaları riayət olunmaqla təklif edilən çay süfrəsində siz paxlava, şəkərbura kimi şirniyyat və mürəbbələrlə yanaşı, müxtəlif çərəzlərə də qonaq edilə bilərsiniz.Çarlik Azərbaycana səyahətin səbəbləri sırasında buradakı yerli əhalinin qonaqpərvərliyini, səmimiyyətini və yüksək mədəniyyəti ilə seçilən bu insanları xüsusi qeyd edir.Qədim və zəngin mətbəxə malik olan Azərbaycan əsil qurmanların səyahət etmək istədiyi ölkədir. Buradakı zəngin mətbəx həm də təklif edilən çörəklərin möhtəşəm tamı ilə diqqəti cəlb edir.Azərbaycana səyahətin növbəti səbəbi kimi avstraliyalı jurnalist Qobustan Milli Parkındakı qayaüstü rəsmləri göstərir. Bildirir ki, Bakıdan cəmi bir saatlıq məsafədə yerləşən bu möhtəşəm park kiçik Azərbaycanın dünyanın ən qədim qayaüstü rəsmlərindən birinə ev sahibliyi etdiyini təsdiq edir. K.Çarlik bu ölkəyə səyahətin səbəbləri sırasında sonuncu yəni onuncu yerdə yerli musiqini və incəsənət abidələrinin adını çəkib. Bildirir ki, bu ölkədə siz zövqünüzə uyğun olaraq qədim muğam və xalq mahnılarından tutmuş caz musiqisinədək müxtəlif şouları məmnuniyyətlə ziyarət edə bilərsiniz.