AZƏRBAYCANDAN TURİST AXINI 2 DƏFƏDƏN ÇOX ARTIB
Baxış sayı: 555
Dövlət Statistika Komitəsinin verdiyi açıqlamaya görə, bu ilin yanvar-may aylarından xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının artım sıralaması belədir : - İrana gedən Azərbaycan vətəndaşlarının sayı 5 dəfə, Türkiyəyə gedənlərin sayı 2,8 dəfə, Gürcüstana gedənlərin sayı 2,1 dəfə, Rusiyaya gedənlərin sayı isə 1,5 dəfə artıb. Onu da qeyd edək ki, ölkə vətəndaşlarının 46,8 %-i Türkiyəyə, 15,6 %-i Rusiyaya, 13,3 %-i İrana, 8,2 %-i Gürcüstana, 16,1 %-i digər ölkələrə səfər edib. Gedənlərin 66,7 %-ni kişilər, 33,3 %-ni isə qadınlar təşkil edib.2022-ci ilin yanvar-may aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 55,4 %-i hava, 41,8 %-i dəmir yolu və avtomobil, 2,8 %-i isə dəniz nəqliyyatından istifadə edib.