AZƏRBAYCANDA YENİ EPİDEMİYA TƏHLÜKƏSİ GÖZLƏNİLİR ?

İspaniya Səhiyyə Nazirliyi “Meymun çiçəyi” epidemiyası ilə əlaqdar həyacan təbili çalıb. Xəstəlik bir başa fiziki təmas və hava – damcı yolu ilə ötürülür. Əsasən Mərkəzi və Qərbi Afrikada yayılır. Bu xəstəlikdən ən çox uşaqlar əziyyət çəkir. Xəstəlikdən ölənlərin nisbəti 4 – 22 % arasında dəyişir. Qeyd edək ki, İspaniya - Böyük Britaniya və Portuqaliyadan sonra “Meymun çiçəyi”nə yoluxma hallarının aşkar edildiyi 3 – cü Avropa ölkəsidir.