AZƏRBAYCANDA TURİZM SEKTORU NÜMAYƏNDƏLƏRİNİN ETİK KODEKSİ HAZIRLANIB.

Azərbaycanda turizm xidmətlərinin keyfiyyətini artırımaq məqsədilə yeni fəaliyyət mexanizmləri hazırlanıb.Beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanan etik kodeksin turizm sektorunun bütün nümayəndələri, o cümlədən, turistlər üçün nəzərdə tutulduğu deyilir.

Sənəddə turistlərin düzgün qarşılanması və yola salınması, onlara keyfiyyətli xidmətin göstərilməsi, turistlərin təhlükəsizliyi və məmnunluğunun təmin edilməsi öz əksini tapıb:"10 maddədən ibarət olan tövsiyə xarakterli sənəddə ümumi turizm qaydaları və etik normalar öz əksini tapıb. Turizm prosesi iştirakçılarının vəzifələri, turistlərin və turizm subyektlərinin hüquqları, yerli əhalinin turizm fəaliyyətinə cəlb edilməsinə də xüsusi yer ayrılıb". Tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid də iştirak edib.Azərbaycana səfər edən turistlərə düzgün və keyfiyyətli xidmət göstərilməsinin vacibliyinə toxunan Florian Zenqsşmit bu sahədə mövcud olan bəzi problemlərin həllində etik kodeksdən istifadənin fayda verəcəyini deyib.Turizm agentliklərinin göstərdiyi xidmətin keyfiyyətini artırmaq və müştəri məmnunluğunu təmin etmək üçün assosiasiyaya üzv olan agentliklərlə müştərilər arasında mütləq formada ikitərəfli müqavilə imzalanacağını da diqqətə çatdırıb:"Tərəflər arasında imzalanacaq vahid sənəd turagentlərlə müştərilərin hüquq və vəzifələrini özündə əks etdirəcək". Azərbaycan Turizm Assosiasiyasına Azərbaycan turizminin inkişafında, əcnəbilərin ölkəmizə olan marağının artırılmasında, daha çox turistin ölkəyə cəlb olunmasında maraqlı tərəf kimi standartlara cavab verən 50 turizm şirkətləri üzv qəbul edilib:"Bu gün əsas məqsəd turizm agentliklərinin vahid platformasını yaratmaq, turizm şirkətləri ilə dövlət arasında əməkdaşlığın effektiv qurulmasına və inkişafına nail olmaq, turizm məhsulları və servis xidmətlərinin keyfiyyətini yüksəltməkdir". Tədbir çərçivəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvlərinə üzvlük sertifikatları da təqdim olunub.