AZƏRBAYCANDA POMİDOR QRİPİ YAYILIB ?
Baxış sayı: 488
COVID-19 və meymunçiçəyi epidemiyası bitmədən Hindistanda yeni virus xəbəri narahatlıq yaradır.İlk dəfə bu ilin may ayında aşkarlanan və beş yaşa qədər 82 uşağı xəstələndirən pomidor qripi (Tomato flu) dəridə iri qırmızı qabarcıqlar, yüksək hərarət, yorğunluq, bədəndə ağrılar və şiddətli oynaq ağrıları kimi əlamətlərlə başlayır. Qeyd edək ki, ölümcül olmayan virusa hələ heç bir peyvənd müalicəsi tətbiq edilmir. Mütəxəssislər ona qarşı ən təsirli müalicənin bol maye içmək və istirahət etmək olduğunu bildirirlər. Çox yoluxucu olduğu bildirilən bu xəstəliyə yoluxmuş şəxslərlə təmasda olanlar bir həftə müddətinə təcrid edilirlər.