AZƏRBAYCANDA PAVLOVNİYA BİTKİSİ YETİŞDİRMƏYƏ BAŞLAYIBLAR

Torpağa, insan sağlığına, ekologiyaya faydasını saymaqla bitməyən Pavlovniya bitkisi indi Qubada becərdilməyə başlanılıb Bağınızı və ya həyətyanı sahənizi bəzəyir, torpağı qüvvətləndirirçevrədəki səs küyü 4 dəfəf azaldır, tozu, zərərli qazları aradanqaldırır, 4 dəfəf çox oksigen firaz edir, müxtəlif həşəratlardan və ağcaqanaddan qoruyur. 100 ilə yaxın ömrü olan bu bitki orta Asiya ölkələrində dərman bitkisi kimi də istifadə olunur. Vətəni Çin olan bu bitki indi Azərbaycanda becərilməyə başlanılıb. Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun istixana kompleksində pavloniya bitkisinin çoxaldılaraq yetişdirilməsinə başlanılıb. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitunun elmi katibi Zəminə Sərhədovanın sözlərinə əsasən çox sürətli böyüməsi ilə tanınan pavloniya ağacı ildə təxminən 3-4 metr boy atır və az qulluq tələb edir. Bu ildən Azərbaycanda çoxaldılmasına başlanan Pavnovniya bitkisiYaponiya, Avstriya, ABŞ, Vyetnam, Laqos, Tailand, Yeni Zelandiya, Malayziya, İtaliya, Avstriya və Fransa da daxil olmaqla dünyanın 40-dan çox ölkəsində geniş şəkildə becərilir. Ölkəmizdə qışın çox sərt keçdiyi yerlər istisna olmaqla, qovaq əkini aparılan yerlərdə bitir. Yarpaqları zülalla zəngin ağacın çiçəkləri bənövşəyi, ətirli, boruşəkilli və salxım şəklində olur. Bu gözəl çiçəkləri may ayında müşahidə etmək mümkündür.