AZƏRBAYCANDA MƏKTƏBLƏR QIZILCAYA GÖRƏ BAĞLANA BİLƏR?

Ölkədə qızılca xəstəliyi sürətlə yayılmaqdadır. Verilən son bilgiyə görə, hazırda bu xəstəliyə tutulanların sayı 300-ə yaxındır. Onlar arasında isə daha çox uşaqlar bu xəstəliyə yoluxub. Maraqlıdır, belə davam edəcəyi təqdirdə məktəblərdə karantin elan oluna bilərmi? Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qızılcanın yüksək dərəcədə yoluxucu olduğunu və qripdən altı dəfə daha çox sürətlə yayıldığını bildirib. Xəstəliyin ciddi fəsadlarına korluq, ensefalit yəni beynin iltihabı, qulaq infeksiyaları , bura daimi karlıqda aiddir və pnevmoniya kimi ağır tənəffüs yolları infeksiyaları daxildir. Həmçinin bildirilib ki, qızılcaya qarşı vurulan QPM peyvəndinin iki dozası bu xəstəlikdən demək olar ki, 100 faiz qoruyur.