Ümümdünya Səhiyyə Təşkilatının təşəbbüsü , Heydər Əliyev fondu , İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyinin dəstəyi ilə Covid-19 a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün React c-19 layihəsinə start verilib.
Bu münasibətlə ötən gün tədbir keçirilib. Tədbirdə çıxış edən Ümümdünya Səhiyyə TəşkilatınınAzərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı gerçəkləşən layihənin məqsədi ilə bağlı ictimaiyyətə ətraflı məlumat verib.Artıq növbəti həftədən etibarən koronovirusdan sağalmış insanlardan götürülən plazma xəstələrə köçürüləcək.Bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı çıxışı zamanı bildiribRamin Bayramlı həmçinin Azərbaycanda istifadə olunmuş tibbi maska və əlcəklərin taleyi barədə verilən sualara da münasibət bildirib.Sonda onu da xatırladaq ki ,Layihə çərçivəsində ölkəyə gələn həkimlər koronavirusla mübarizə aparılan xəstəxanalarda tibb işçilərinə təlim verəcəklər. Sözü gedən bu mütəxəssislər Türkiyənin seçilmiş universitetlərində təlimlər keçib, praktiki təcrübələr əldə edib və müvafiq təlimat alıblar.