AZƏRBAYCANDA İLK DƏFƏ OLARAQ “YORĞA ATLARIN AZƏRBAYCAN ÇEMPİONATI “TƏŞKİL OLUNUB

Yarışda paytaxtdan və digər bölgələrdən 50-yə yaxın yorğa at iştirak edib. Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq "Yorğa atların Azərbaycan çempionatı" təşkil olunub.

Yarışda paytaxtdan və digər bölgələrdən 50-yə yaxın yorğa at iştirak edib. Altı yaş və daha yuxarı yorğa atların 1600 metr məsafəyə qaçışı ilə başlayan ilk yarış Sabirabaddan yarışa qatılan, sahibi Rəhman Nuriyev olan "Şimşək" ləqəbli at olub.İkinci qaçış 3 və 4 yaş yorğalar arasında 1600 metr məsafəyə qaçış ilə davam edib. Bu qaçışın qalibi yarışa Gəncədən qatılan, sahibi Cavid Məmmədov olan "Qəmlo" ləqəbli at tutub.Üçüncü qaçışda 9 yaş yorğa at öz gücünü sınayıb. Bu qaçışda isə, qalib çempionata Gəncədən qatılan, sahibi Müzadil Həsənov olan "Şəbdiz" ləqəbli at olub.SDördüncü qaçışda 6 yaş və yuxarı yorğalar arasında 2400 metr məsafədə baş tutub. Qaçışın nəticəsinə görə birinci yerə Müşfiq Əliyevə məxsus "Kabus" ləqəbli at çıxıb.Beşinci qaçış 7 yaş və yuxarı yorğa atların 3200 metr məsafəyə qaçışı ilə davam edib. Bu yarışın nəticəsində qalib çempionata Gəncədən qatılan, sahibi Samir Əliyev olan "Sapsan" ləqəbli at olub.Nəhayət, "Yorğa atların Azərbaycan çempionatı"nın son qaçışı 7 yaş və yuxarı yorğa axta atların 3200 metr məsafəyə qaçışı ilə yekunlaşıb. Bu yarışda qalib yarışa Laçından qatılan, sahibi Xətai Ələkbərli olan "Qarabağ əsəri" ləqəbli at olub.Yarışın qaliblərinə Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev və federasiyanın vitse-prezidenti Elşad Abbasov tərəfindən diplomlar və kuboklar təqdim edilib.