AZƏRBAYCANDA İBTİDAİ SİNİFLƏR DİSTANT TƏHSİLƏ KEÇİR ?

Ölkə ərazisində qızılcaya yoluxma sayında artım müşahidə olunur. Bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova

açıqlayıb. Qeyd edək ki, şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslər 14 gün müddətinə distant formada keçiriləcək. Bundan əlavə, elm və təhsil naziri Emin Əmrullayev də ötən gün keçirdiyi brifinqdə qızılca ilə bağlı vəziyyət ciddiləşərsə, məktəblərin distant təhsilə keçə biləcəyini açıqlayıb.