AZƏRBAYCANDA 3-CÜ QIŞ XİZƏK TURİZM MƏRKƏZİ İSTİFADƏYƏ VERİLƏCƏK.

 «Şahdağ» və «Tufandağ»dan sonra 3-cü qış xizək mərkəzi Naxçıvan Muxtar Respublikasında, Şahbuz rayonunun Ağbulaq kəndində yaradılır.Təbii qarla örtülü kompleks hələ tam işə düşməsə də, artıq indidən burada xizək sürməyi öyrənmək və qısa zolaqlarda vaxt keçirmək olar.

Ağbulaq kəndi 2018-ci ildən turizm məqsədilə istifadə olunur,yollar tam təmir edilib və kənd abadlaşdırılıb.Ağbulaq İstirahət Mərkəzi istifadəyə verilib.Mərkəzdə ziqzaq şəklində ümumi uzunluğu 1590, eni isə 30 metr olan dağ-xizək enişi, kanat yolu, xizəksürmə məktəbi, əyləncə və uşaq parkları turistlərin xidmətində olacaq. Kanat yolunda hər biri 4 yerlik olmaqla 58 oturacaq quraşdırılacaqdır ki, bu da saatda 1000 nəfərə xidmət etməyə imkan verəcək.Hazırda Xizək mərkəzinin yalnız kanat tikintisi qalıb.O da işə düşdükdən sonra mərkəz fəaliyyətə başlayacaq.Kanatın montaj işləri aparılır və hava şəraitindən asılı olaraq bu ayın sonunadək işlər bitə bilər.Hələlik isə kompleksə gələn turistlər buradakı təlim mərkəzində, öyrənənlər üçün ərazidə xizək sürə bilərlər.Burada zolaqlardan biri 80, digəri 150 metrdir. Bu hissədə geri qaytmaq üçün hərəkətli zolaq var.Kompleksdə qarla bağlı poblem yoxdur, elə indi də burada qar var, həm də süni qar aparatları var.