AZƏRBAYCANDA ƏT UCUZLAŞACAQ
Baxış sayı: 611
Ölkəmizdə ət ucuzlaşacaq, bunun baş verməsi üçün Nazirlər Kobineti müvafiq qərar qəbul edib. Hər bir heyvan və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşməsinin aparılması qaydasında dəyişikliklər edilib. Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Yeni qərarla bu sahədə müasir texnalogiyalardan isdifadə edilməklə vahid sənədələşmənin tətbiq olunması və beləliklə, bir heyvan üçün tələb olunan xərclərin azaldılması təmin edilib. Qida Təhlükəsizlik Agentliyinin Mətbuat Katibi , Aysel Fərziyevanın sözlərinə görə , rüsumun ləğvi heyvan ətinə çəkilən xərcin azalmasına səbəb olacaq. Bundan başqa hökumətin dövlət rüsumu haqqında və baytarlıq haqqında qanunlarda da dəyişiklik edilməsi təklifi ilə çıxış etdiyi bildirilir. Layihə qəbul edildikdən sonra bir heyvan üçün çəkilən rüsum xərci beş manat azaldılacaq.