AZƏRBAYCANA XANKƏNDİ İLƏ BAĞLI TƏKLİF VERİLDİ

Ermənistan hökuməti Azərbaycanla müxtəlif istiqamətlərdə aparılan

danışıqların təfərrüatını açıqlayıb. Bu barədə Ermənistan hökumətinin hesabatında deyilir.Bildirilir ki, İrəvan-Bakı danışıqlar prosesinin əsas istiqamətləri: sülh və Ermənistan-Azərbaycan münasibətlərinin qurulması haqqında saziş, Qarabağ münaqişəsinin həlli, regionda nəqliyyat və iqtisadi kommunikasiyaların blokunun açılması, sərhədlərin müəyyən edilməsi və təhlükəsizlik, humanitar məsələlər olub: “Sülh müqaviləsi üzərində işin və əlaqələrin qurulması üç mərhələdə baş verib. Bu mərhələlərdə Ermənistan və Azərbaycan arasında müşahidələr və təkliflər mübadiləsi aparılıb. Ermənistan müşahidə və təkliflərini fevralın 14-də Azərbaycana çatdırıb. İrəvan üçün məqbul yanaşma ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında sazişin imzalanması Qarabağ münaqişəsinin həlli prosesindən Xankəndilə Bakı arasında beynəlxalq müzakirə mexanizminin formalaşacağı məntiqi ilə ayrıla bilər. Qeyd edək ki, Ermənistan Nazirlər Kabinetinin dünənki hesabatında “Xankəndilə Bakı arasında beynəlxalq müzakirə mexanizminin formalaşacağı məntiqi ilə” İrəvan üçün Azərbaycanla sülh sazişindən Qarabağ münaqişəsinin ayrılmasının daha məqbul olması bildirilib.

{youtube}D9yB6M8wVUE{/youtube}