AZƏRBAYCANA TURİST AXINI 32% ARTIB

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 1 milyon 536 min 375 nəfər səfər

edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 32 % çoxdur. Qafqaz TV bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir. Verilən bilgiyə görə, təkcə sentyabrda ölkəyə gələn turistlərin sayı illik müqayisədə 21 % artaraq 192 min 115 nəfərə çatıb. Ötən ay turistlərin təmsil etdikləri ölkələrin ilk 15-liyinə Rusiya başçılıq edir. Sentyabrda Şimal qonşumuzdan Azərbaycana 50,5 min nəfər gəlib. İlk üçlüyü 36,1 min nəfərlə Türkiyə və 15,5 min nəfərlə İran tamamlayıb. Regional baxımdan isə siyahının ilk 3-lüyünə 26,3 %-lə Rusiya, 20,3 %-lə Asiya və 18,8 %-lə Türkiyə daxil olub. Növbəti yerlərdə 10 %-lə Yaxın Şərq, 8,65 %-lə Avropa, 8,1 %-lə İran və 2,7 %-lə digər regionlar qərarlaşıb.

{youtube}8CXPsYeOLEM{/youtube}