AZƏRBAYCANA GƏLƏN TURİSTLƏRİN SAYI ARTIB
Baxış sayı: 651
Bu ilin sonunadək Azərbaycana gələn turistlərin sayı 1,5 milyonu keçəcək. Bu fikri Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə deyib. Habelə Kənan Quluzadə bildirib ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycana 1,4 milyon xarici vətəndaş gəlib. Pandemiyanı nəzərə alsaq bu, müsbət rəqəmdir. Bu, əvvəlki illə müqayisədə 2 dəfə çox olsa da, 2019-cu illə müqayisədə 2 dəfə azdır. Məqsədimiz pandemiyadan əvvəlki ilə qayıdıb, ondan bir addım da irəli getməkdir. Planlarımıza görə, yaxın 4 ildə Azərbaycana 4 milyon turist axını olacaq. Onu da qeyd edək ki, Dövlət Turizm Agentliyi sədri müşavirinin sözlərinə görə Turizm Agentliyi bu ilin yay aylarından yeni paketlər hazırlayır, Azərbaycanın tanıtım işlərini aparır: “Daha çox Asiyadan turistləri cəlb etməyə çalışırıq. Regionda geosiyasi dəyişiklər baş verdiyi üçün Rusiyadan gələnlərin sayı kəskin azalıb. Qış turizmi ilə bağlı təbliğat işini ənənəvi bazardan kənar - Avropa, ən çox da almandilli ölkələrdə aparmışıq”.