AZƏRBAYCAN-TÜRKİYƏ-İSRAİL ƏLAQƏLƏRİ NƏ VƏD EDİR ?

Türkiyə - İsrail münasibətlərində illər sonra yeni dövr başlayıb. Belə ki, İsrailin Türkiyəyə yeni səfir təyin etməsi ilə Ankara ilə Təl – Əviv arasında diplomatik əlaqələr yenidən bərpa olunur. Əlbətdə ki, bu prossesdə İsrailin strateji müttəfiqi Azərbaycanın mühüm rolu var. Son illər Azərbaycan bir sıra regional əməkdaşlıq platformalarının təşəbbüskarıdır. Bu baxımdan Türkiyə ilə İsrail arasında diplomatik münasibətlərin bərpa olunmasından sonra, ölkəmizin də daxil olduğu yeni üçtərəfli formatın meydana gəlməsi təbiidir. Və bu, tərəflərin maraqlarına xidmət edir.