AZƏRBAYCAN QAZINA TƏLABAT ARTIR

Azərbaycan Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsinə ev sahibliyi edir. Həftə çərçivəsində ötən gün Bakıda 27-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin rəsmi açılış mərasimi baş tutdu. Beynəlxalq və regional enerji təhlükəsizliyinin təmin olunmasında əsas söz sahiblərindən sayılan Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə vacib layihələr gerçəkləşdirir.