AZƏRBAYCAN ORDUSU BU İSTİMQƏTDƏ İRƏLİLƏDİ, RUSLAR İSƏ SUSDU

Ermənistan parlamentində dünən müdafiə nazirinin müavini

Arman Sərkisyan, Baş Qərargah rəisi Edvard Asryan və hərbi əks-kəşfiyyat baş idarəsinin rəis müavini Aşot Xaçatryanın iştirakı ilə keçirilən qapalı iclasın detalları bəlli olub.Bu barədə erməni KİV məlumat yayıb.Məlumata görə, iclasda əsas müzakirə mövzusu Azərbaycanla sərhəddə yaşanan toqquşma və azərbaycanlı hərbçilərin itkin düşərək Ermənistana keçməsi olub. İclasa həmçinin Ermənistan baş qərargah rəisi Eduard Asryan da dəvət edilib. Deputatların əsas sualları məhz ona ünvanlanıb ki, erməni general da bunlara dəqiq cavab verməkdən qaçıb. Ordu rəhbərliyi son toqquşmaya görə günahı Rusiyanın üzərinə atıb.“Baş qərargah rəisi bildirib ki, martın 31-də Azərbaycan ordusu Rusiya zirehli texnikasının yanından keçərək, Dığ kəndi istiqamətində irəliləyib, sülhməramlılar onlara məlumat versəydi, bunun qarşısını alardılar. Arsyan qeyd edib ki, aprelin 1-də yeni Laçın yolunun istifadəyə veriləcəyini bilirdilər və hərbi mövqelərini dəyişdirməli, əlverişli mövqelər tutmalı idilər, lakin bunu etməyiblər. O bildirib ki, bu məsələdə siyasi və hərbi rəhbəriyin uğursuzluğa düçar olduğunu demək mümkündür, lakin məsələ o demək deyil ki, cəmiyyətdən gizlin delimitasiya-demarkasiya prosesi aparılır. Ermənistanın keçmiş müdafiə naziri, hazırda deputat olan Seyran Ohanyan isə qapalı iclasdan sonra “azatutyun”a açıqlamasında hakimiyyəti və ordu rəhbərliyini ittiham edib. O qeyd edib ki, baş qərargah rəisi iclasda səhvlərini etiraf etdi və deyilənlərdən belə nəticə çıxır ki, Ermənistanın hərbi rəhbərliyi Azərbaycan ordusundan çəkinir, əks təqdirdə onlar (azərbaycanlılar) Dağ istiqamətində hərəkət edəndə öncədən əlverişli mövqelər tutulmalı idi.

 

{youtube}Asaew5y18vg{/youtube}