AZƏRBAYCAN İSRAİLDƏ SƏFİRLİK, FƏLƏSTİNDƏ TƏMSİLÇİLİK OFİSİ AÇIR

Azərbaycan Milli Məclisi İsraildə ,Albaniya və Keniyada səfirlik, Fələstin ərazilərində isə Təmsilçilik Ofisinin açılmasına razılıq verib. Milli Məclis həmçinin Azərbaycanın BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyin təsis edilməsinə razılıq verib. Parlamentin bu qərarlarının arasında İsraildə Azərbaycan səfirliyinin açılmasına razılıq verməsi ictimai-siyasi mühitdə aktuallığı ilə seçilir. Azərbaycan İsrail ilə ikitərəfli strateji və iqtisadi əlaqələri inkişaf etdirən az saylı müsəlman ölkələrindən biridir. Qeyd edək ki, Azərbaycanın İsraildə səfirlik açması İran-Azərbaycan münasibətlərinin gərginlik dövrünə təsadüf edir.İsraildə səfirliyimizin açılması ilə yanaşı, habelə Fələstində Azərbaycanın nümayəndəliyi yaradılır. Azərbaycanın nümayəndəliyi Ramallah şəhərində açılacaq. Bu məsələ Milli Məclisin noyabrın 18-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib və təsdiq edilib.Qeyd edək ki, qanun layihəsi müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.