AZƏRBAYCAN İDMANÇISI DÜNYA REKORDUNU YENİLƏDİ

Azərbaycan atleti Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə keçirilən

paralimpiya üzrə dünya çempionatına uğurlu start verib. Sprinter 100 metr məsafəyə qaçış yarışının yarımfinal mərhələsində bütün rəqiblərini qabaqlayıb. Lamiyə Vəliyeva məsafəni 11,89 saniyəyə qət edib. Beləliklə, o, dünya çempionatlarının rekordunu müəyyənləşdirərək finala yüksəlib. Final qaçışı bu gün olacaq.Lamiyə Vəliyeva, həmçinin, 400 metr məsafədə də özünü sınayacaq. Xatırladaq ki, 21 yaşlı idmançı Tokio-2020 Yay Paralimpiya Oyunlarında 100 metr məsafəyə qaçışda gümüş, 400 metrdə isə qızıl medal qazanıb.

{youtube}k6t_KUP_Ovg{/youtube}