AZƏRBAYCAN ERMƏNİSTANA NEFT MƏHSULLARININ İLK PARTİYASINI GÖNDƏRDİ
Baxış sayı: 16
Bu gün SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib.Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycandan İrəvana neft məhsullarının tədarükünü alqışlayıb. Bu barədə bilgini Ermənistan mediası yayıb. “Azərbaycan neft məhsullarını daşıyan qatar yola düşüb və Ermənistana doğru gəlir. Mən bunu alqışlayıram. Ticarət özəl şirkətlər arasında aparılır, lakin bunun üçün siyasi şəraiti yaradan Ermənistanla Azərbaycan arasında yaranmış sülhdür”, - deyə Paşinyan bildirib.
Xatırladaq ki, noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə edilmiş razılaşmaya əsasən SOCAR tərəfindən istehsal edilmiş Aİ-95 markalı 22 vaqon benzin bu gün yola salınıb.
Qeyd edək ki, Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılacaq.
