AZƏRBAYCAN DÜNYADA TURİZMİ ƏN SÜRƏTLƏ İNKİŞAF EDƏN 20 ÖLKƏDƏN BİRİDİR

BMT-nin Dünya Turizm Təşkilatının hesabatına əsasən, Azərbaycan dünyada turizmi ən sürətlə inkişaf edən 20 ölkədən biri kimi qiymətləndirilib.

Əldə olunan nailiyyətə əsasən hesabatda Azərbaycan “turizm sahəsində biznes mühiti üzrə dünyada ən çox inkişafa nail olmuş ölkə” statusunda qiymətləndirilib”. “International Tourism Highlights 2019” məlumatında 2019-cu ildə 11,4 faiz artımla Azərbaycan 18-ci yerdə qərarlaşmaqla ən sürətlə inkişaf edən ölkələrdən biri olaraq dəyərləndirilib. Hesabatda qeyd olunub ki, vacib idman tədbirlərinə ev sahibliyi, viza prosesinin sadələşdirilməsi və beynəlxalq mətbuatda aparılan reklam kompaniyaları ölkədə turizmin inkişafını təşviq edib. Həmçinin ənənəvi və müasir müalicə imkanlarından istifadə edilməklə sağlamlıq, perspektivli qış turizmi və ekoturizmin inkişafına investisiya qoyuluşları ,yeni iş yerlərinin yaradılmasına öz töhfəsini verir. Dünyada son 9 ildə ən çox səfərlərin olduğu Avropaya (Azərbaycan da daxil olmaqla) turist axını 4 faiz artıb. Azərbaycanda Prezidentin rəhbərliyi ilə iqtisadiyyatın sürətlə inkişaf edən sahəsi olaraq turizm bazarının təkmilləşdirilməsi, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində əsaslı islahat tədbirləri həyata keçirilir, bu istiqamətdə mühüm işlər görülür. Həmin tədbirlərə misal olaraq, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Şurasının Bakıda “Travel Business Azerbaijan 2020” konfransını təşkil etməsini göstərmək olar. Tədbirdə 500-dək yerli turizm şirkəti 400 beynəlxalq və yerli alıcıya 1200 turizm məhsulunu təqdim edəcək. “Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun 2019-cu ildə açıqladığı “Turizm və səyahətin rəqabət qabiliyyəti” adlı hesabatına əsasən də Azərbaycan turizmdə biznes mühiti üzrə ötən hesabatla müqayisədə 57-ci mövqedən 28-ci pilləyə qədər irəliləməyə nail olub. Əldə olunan nailiyyətə əsasən hesabatda Azərbaycan “turizm sahəsində biznes mühiti üzrə dünyada ən çox inkişafa nail olmuş ölkə” statusunda qiymətləndirilib”.