Böyük Britaniya Bel Çantalı Səyahətçilər Cəmiyyəti (British Backpacker Society) Azərbaycanı səhayət üçün perspektivli ölkələr arasında ilk onluğa daxil edib.Böyük Britaniyanın Kürək Çantalıları Cəmiyyəti təkbaşına hərəkətli səyahət həvəskarları üçün 2020-ci ildə mütləq səyahət olunmalı ölkələrin reytinqini dərc edib.Cəmiyyətin açıqlamasında deyilir ki,
bu təşkilatın dünyadan üzvü olan bütün macəraçı turizm ekspertləri arasında keçirilən sorğu nəticəsində tərtib olunmuş reytinqdə Azərbaycan sözügedən mənada ən maraqlı ölkələr arasında 10-cu yeri tutub.Cəmiyyət Azərbaycanın şimalında-dağ kəndlərinə səhayət etmə təklif edir.Həmçinin Qusarın Laza kəndini qeyd edən macərapərastlər bölgəninin qonaqpərvərliyini xüsusi olaraq qeyd edir.Bundan başqa, ölkənin Xəzər dənizinin sahilində yerləşməsi qeyd olunub və şimalda "həyəcanverici dağlar"la, cənubda "heyrətamiz palçıq vulkanları" ilə,qərbdə "maraqlı mədəniyyətlərlə",şərqdə isə "Qafqazın ən gözəl şəhəri"Bakı ilə əhatə olunduğu vurğulanıb.Bu ölkə səyahətçilərə addımbaşı rəngarəng təəssüratlar bəxş edir.Azərbaycanın cəlbediciliyinin əsasında Avropa və Asiya mədəniyyətlərinin kəsişməsində yerləşməsi göstərilib.Reytinqdə,həmçinin Efiopiya, Rusiya, Bosniya, Qazaxıstan, Özbəkistan, Qazaxıstan yer alıb.