AZƏRBAYCAN BRENDİ GÜRCÜSTANDA KEÇİRİLƏN YARMARKADA
Baxış sayı: 1001
Gürcüstanın paytaxtı Tbilisidə ənənəvi XXI qış xeyriyyə yarmarkası keçirilib. İki günlük sərgi – satışa Gürcüstanda akkreditə olunmuş diplomatik korpusların nümayəndəlikləri, Avropa İttifaqı, NATO, Unisef və digər beynəlxalq təşkilatların təmsilçiləri qatılıb. Yarmarkada Azərbaycanın Gürcüstandakı səfirliyi də ayrıca guşə ilə iştirak edib. Guşədə milli suvenirlər və “Made İn Azerbaijan” brendi altında müxtəlif çeşidli məhsullar yer alıb. Azərbaycan Turizm bürosunun Azerbaijan travel şorum- qonaq mərkəzi, ölkənin turizm potensialını əks etdirən broşürlər sərgiləyir. Tədbir çərçivəsində xarici ölkələrin milli mətbəxləri pavlionunda, ölkəmizin milli təamları və şirniyyat nümunələri təqdim olunub.