AZƏRBAYCAN AVROPANIN ENERJİ TƏMİNATÇISIDIR
Baxış sayı: 681
Bəllidir ki, mövcud geosiyasi vəziyyət Avropa qitəsini tarixin ən dərin enerji böhranı ilə üz-üzə qoyub. Mövcud vəziyyətlə əlaqədar olaraq, qitədə enerji təhlükəsizliyi təhdid altındadır və bu səbəbdən, dövlətlər təcili şəkildə alternativ enerji mənbələri axtarmağa davam edirlər. Doğal olaraq, bu məqam mavi yanacaq ixrac edən Azərbaycanın qlobal enerji bazarındakı mövqelərini daha da gücləndirir. Özünü etibarlı neft tədarükçüsü kimi təsdiqləyən Azərbaycan, kritik məqamda Avropa dövlətləri üçün mavi yanacaqla bağlı əvəzolunmaz tərəfdaşa çevrilib.
İqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə Azərbaycan Avropaya enerji böhranından çıxmağa kömək edə bilər, mərhələli şəkildə enerji xətlərimizin texniki imkanlarını artırsaq Avropanın enerji təminatı və təhlükəsizliyində iştirak payımız çoxalacaq
Xatırladaq ki, enerji sıxıntısı qarşısında qalan Avropa, enrji imkanları geniş olan ölkələrlə əlaqə qurmağa çalışır. Hazırkı durumda isə Avropanın enerji probleminin həllinə öz töhfəsini verəcək ölkələrdən biri də Azərbaycandır.