AZƏRBAYCANDA ÇAYLAR QURUYUR
Baxış sayı: 543
İqlim dəyişikliyinin yaratdığı ekoloji problemlər bütün dünyada quraqlıq təhlükəsinin ölçüsünü sürətlə artırsa da, bunun ən bariz təsirləri bu yay Avropa qitəsində müşahidə olunur. Yay aylarında həddindən artıq istilərə və meşə yanğınlarına təslim olan Avropada İtaliya, İspaniya, Almaniya, Böyük Britaniya, Portuqaliya və Fransada yaşanan quraqlıq rəsmiləri və ictimaiyyəti narahat edir. Avropa İttifaqının Birgə Araşdırma Mərkəzinin hazırladığı “Avropada quraqlıq 2022” hesabatında qitədə son 500 ilin ən pis quraqlıq ehtimalına diqqət yetirilib. 2022-ci ilin iyul ayı quraqlıq hesabatına görə, Britaniya da daxil olmaqla, Avropa torpaqlarının 44 faizi quraqlıq təhlükəsi ilə üzləşib. Bəs ölkəmizi necə, belə bir quraqlıq təhlükəsi gözləmirki ? Qeyd edək ki, 1970-ci ildən bəri hava, iqlim və su təhlükələri bütün fəlakətlərin 50 faizini, ölüm hallarının isə 45 faizini təşkil edir. Bu dövrdə ətraf mühitlə bağlı itkilərin 90 faizi inkişaf etməkdə olan ölkələrdə baş verib.