Bu sözləri Litvalı sənət adamı rejissor və aktyor Marijus Chizostomas Tumas hazırladığı “Qarabağ Azərbaycandır” adlı tamaşa ilə bağlı Qafqaz TV-yə verdiyi özəl müsahibədə deyib.
Qarabağın qədim Türk yurdu olduğunu deyən litvalı sənətçi səhnə əsərində türk mifalogiyasından daha çox yararlandığını və Qarabağın Türk dünyası üçün önəmindən danışdı. “Mən yaşamım boyunca dünyada çox şey görmüşəm və bir şeyi yaxşı anlamışam ki, Avropa Türkləri hələ də yaxşı tanımır. Türki güc baxımından tanımaq başqa, onun iç dünyasını tanımaq başqa. Ona görə də Altaydan çıxan nə qədər nağıllar, əfsanələr varsa bu tamaşada yer alıb. Səhnə əsərində hadisələr Qarabağda baş verdiyi üçün əsərin qəhrəmanı mənəvi dünyası zəngin olan bir əsgərdir. Qarabağ elə bir mistik yerdir ki, burda Tengri yerlə birləşir və insan özünü tapır. Mən əminəm ki, Turanın yaranması, Türk dünyasının birliyi müqəddəs Qarabağ torpaqlarından başlayır. Dünyada çox müqəddəs yerlər var. Amma Qarabağ gələcəyin müqəddəs yeridir. Mən sadə Manasçıyam və “Qarabağ Azərbaycandır” adlı mono tamaşamı artıq Avropanın bir çox yerlərində göstərmişəm.” Avropalı bir sənətçinin Azərbaycanla bağlı, doğma Qarabağla bağlı hazırladığı sənət əsərini izləməyin maraqlı olduğunu deyən əməkdar artist, rejissor Sərvər Əliyev, Vətən Müharibəsindən sonra dünyada Azərbaycana və Türk dünyasına qarşı münasibətin dəyişdiyini vurğuladı. Xatırladaq ki, litvalı rejissorun noyabrın 4-də Azərbaycana səfəri gözlənilir. Azərbaycana səfəri çərçivəsində Marijus Chizostomas Tumas hazırladığı tamaşamı Şuşada göstərmək arzusundadır.