AVROPA QARABAĞIN MİNADAN TƏMİZLƏNMƏSİNƏ NƏ QƏDƏR PUL AYIRDI?

Avropa İttifaqı Azərbaycana 4,25 milyon Avro ayırır. Vəsait işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi üçün nəzərdə tutulub. Bu barədə Aİ – nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klar Tvitter hesabında yazıb. “Şadam ki, Aİ ən böyük donor olaraq ANAMA – nın imkanlarını inkişaf etdirilməsi yolu ilə məcburi köçkünlərin təhlükəsiz qayıdışının dəstəklənməsi layihəsi çərçivəsində Azərbaycana əlavə 4,25 milyon Avro ayırır” – yazısı Toyvo Kların paylaşımında öz əksini tapıb.