Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə görüşən qonaq Avropa Şurası ilə Azərbaycan Respublikası arasındakı əməkdaşlıq əlaqələrindən geniş bəhs edib.
Quba rayonunun mövcud multikultural və tolerantlıq dəyərləri barədə məlumatlı olduğunu bildirən Zoltan Hernyes bu sahədəki mövcud vəziyyəti məmnunluqla qarşıladığını vurğulayıb.Qubanın füsunkar təbiətindən heyranlıqla bəhs edən Avropa Şurasının Azərbaycan Respublikasındakı ofisinin rəhbəri şahidi olduqlarının onda xoş təəssürat yaratdığını qeyd edib.Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev son dövrlər ölkəmizdə bütün sahələr üzrə həyata keçirilən islahatların uğurlu nəticələri barədə ətraflı məlumat verib.Quba rayonunun coğrafi-inzibati vəziyyəti qonağın diqqətinə çatdırılıb.İcra başçısı xüsusi vurğulayıb ki, Qubada 20-dən artıq icma var və onlar mehriban dostluq və qardaşlıq şəraitində yaşayırlar.Hər bir yerli icmanın öz milli-mənəvi dəyərlərini qoruması və yaşatması üçün dövlət tərəfindən lazımi şərait yaradılıb.Dinindən və milliyyətindən asılı olmayaraq hər bir qubalı rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir.Görüşdə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Avropa Şurasının Azərbaycan Respublikasındakı ofisinin rəhbəri Zoltan Hernyesi maraqlandıran digər məsələlərlə bağlı suallarını da cavablandırıb.