ATA–BABALARIMIZ ÖZ HƏYAT TƏCRÜBƏSİNİ ATALAR SÖZLƏRİ VASİTƏSİLƏ GƏLƏCƏK NƏSİLLƏRƏ ÖTÜRÜBLƏR

Demək olar ki, bütün dünya xalqarının ədəbiyyatında özünə məxsus atalar sözləri, zərbi məsəllər var. Hikmət dolu sirlər xəzinəsi olan atalar sözləri ipə-sapa düzülməyən incilərdir. Qısa və konkretliyi ilə,

böyük məna kəsb etməsi ilə atalar sözləri daima digər ədəbiyyat nümunələrindən fərqlənib. Atalar sözləri istər gündəlik həyatımızda istərsədə yaradıcılıq işlərində daima ilham qaynağı olub.. Azərbaycan Atalar sözlərinin toplanmasında ən böyük töhvəni mühasib kimi əmək fəlaiyyətinə başlayan Əbülqasım Hüseyinzadə verib. Ömrünün 80 ildən çoxunu bu dəyərli xəzinənin toplanmasına həsr edən müəllifin 1926-cı ildə iki mindən çox atalar sözlərini topladığı kitabı nəşr edilib.Bu kitab ilk dəfə Azərbaycan Atalar sözlərini bir araya gətirən toplu hesab edilir. Zaman inkişaf etdikcə atalar sözləri də müasirləşir, günümüzə uyğun yeni atalar sözləri yaranır. Şifahi xalq ədəbiyyatı nümunələri içərisində ən çox atalar sözləridir ki, günümüzün nəbzini tuta bilir özü-özünü inkişaf etdirir. Zaman zaman Ədəbiyyatımıza öz töhvələrini vermiş bir çox yazar və şairlərin əsərlərindən sitatlara xalqımız sahiblənib, atalar sözləri kimi dildən-dilə ötürərək kütləviləşdiriblər. Bir sözlə ,gündəlik həyatımızı atalar sözlərisiz təsəvvür etmək çətindir. Necə deyərlər: “Gələcək o zaman bizimkidir ki, keçmişimizin davamıdır”.