ATƏT – İN MİNSK QRUPU FƏALİYYƏTİNİ DAYANDIRIR

Regiona tez-tez səfərlər edərək yalnız görüntü, söz xatirinə hansısa bəyanatlar verən ATƏT-in Minsk qrupu fəaliyyətini dayandirir. 44 günlük müharibədən sonra faktiki olaraq fəaliyyətini dayandıran ATƏT-in Minsk qrupunun əhəmiyyəti demək olar ki, tamamilə sıradan çıxıb. Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun bu məqama diqqət çəkməsi əslində dediklərimizi bir daha təsdiqləyir.