AMSAR KƏND İNZİBATİ ƏRAZİ DAİRƏSİ YAŞAYIŞ MƏNTƏQƏLƏRİNİN SAKİNLƏRİ İLƏ GÖRÜŞ OLDU.

Qubada qarlı-şaxtalı günlərdə qış qayğılarının öyrənilməsi, xüsusən kənd əhalisinin sosial rifahı, yaşam vəziyyətlərinin daha da yaxşılaşdırılması məqsədilə yerlərdə vətəndaşlarla görüşə xüsusi önəm verilir.Qeyd edək ki,

Qubanın Amsar İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin mərkəzi Amsar kəndi olmaqla Ərməki,Yuxarı Digah və Alıc kəndlərini əhatə edir. Nümayəndəlik üzrə 4963 nəfər əhalinin 754 nəfəri Ərməki kəndində yaşayır.Dövlət başçımızın tapşırığına əsasən Ərməki kəndində vətəndaşlarla görüşən Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev kənd əhalisinin qarlı-şaxtalı günlərdəki qış qayğıları,sosial rifah və yaşam vəziyyətləri ilə maraqlanıb.Dövlət başçımızın tapşırığına əsasən son dövrlər Quba rayonunda, o cümlədən də Amsar, Ərməki, Yuxarı Digah və Alıc kəndlərində həyata keçirilən sosial-iqtisadi,tikinti-quruculuq, yol-infrastruktur layihələri barədə ətraflı məlumat verib.Bildirib ki, Respublika Prezidenti İlham Əliyev və 1-ci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısının nəticəsidir ki,ölkəmizdə vətəndaş məmnunluğunun artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.Kəndlərdə kommunal-infrastruktur layihələrinin icra genişləndirilir.Xüsusən qış fəslində fasiləsiz təbii qaz, elektrik enerjisi və içməli su təminatına diqqət artırılır.Çıxışlarda o da qeyd edilib ki, son iki il ərzində Qubada 16 modul tipli olmaqla ümumilikdə 24 məktəb tikilib istifadəyə verilib.19 yaşayış məntəqəsi,o cümlədən ucqar dağ kəndləri təbii qazla təmin edilib. 2500000 kv metr asvalt yol çəkilib.Çıxış edən vətəndaşlar dövlətin kənd əhalisinin sosial rifahının yüksəlməsinə, yaşam vəziyyətlərinin daha da yaxşılaşdırılmasına xüsusi önəm verməsindən razılıqla söhbət açıblar.Həmçinin turizm potensiallı yurd yerlərinin daha da inkişaf etməsi, abadlaşdırılması ilə bağlı istək və arzularını bildiriblər.Vətəndaşların şəxsi müraciətlərini də dinləyən icra başçısı sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyatı qurum rəhbərlərinə tapşırıqlar verib. Görüş çərçivəsində 2020-ci il yanvarın 1-dən Quba rayonunda da tətbiqinə başlanan İcbari Tibbi Sığortanın icra vəziyyəti və yenilikləri barədə vətəndaşları maraqlandıran suallar cavablandırılıb.