ALPAQUT TURAN DÖYÜŞ SƏNƏTİDİR
Baxış sayı: 636
Türk Boylarında alplıq ruhu qəhrəmanlıq, cəsarət, güc rəmzi, əsgəri ünvandır. Amma anlamı qorxmaz, igid, cəsur və sadəcə qəhrəman olan alp bir adtitul kimi Göy Türk dövlətində cəsarətli kağanların adlarında da işlədilib. Ortaq türk ədəbiyyatı örnəyi olan Manas dastanında 13-14, Kitabi Dədə Qorqud dastanında isə alplıq yaşının 14-15 yaşdan başladığı bildirilir. Bu dastanlarda igidlərə ad verilməsi əslində əslində onların alplar cərgəsinə daxil olması deməkdir.
İndi Alp adı dastanlarda, tarixi mənbələrdə yaşadılsa da günümüzdə bu adı, Alp adı ilə birgə Türk xalqlarının döyüş kültürünü özündə birləşdirib bu sənənti yaşadan insanlar var. Beləki, 2014-cü ildən Azərbaycanda adında alplıq, igidlik və qurd soyundan olan seçilən, qutsallıq olan Alpaqut Turan döyüş sənətini, Turan coğrafiyasında yaşayan, Türk xalqlarının ortaq dünya baxıçını tanıdan, eləcə də milli döyüş gələnəklərini gərişdirən, özəlliklə əski Türklərin döyüş mədəniyyətini, çağdaş döyüş sənəti üzərində konsepsiyalaşdıran, Beynəlxalq Alpaqut Federasiyası yarandı. Bu döyüş sənətinin müəllifi, Türk Döyüş Sənətləri üzrə araşdırmaçı, Beynəlxalq Dərəcəli idman ustası Vasif Namazovdur. Hələ 11-ci əsrdə Kaşğarlı Mahmud tərəfindən yazılan ilk Türk dilinin sözlüyündə Alpaqut sözünün anlamının tək başına yağıya hücum edən, heç bir tərəfdən tutulmayan igid kimi açıqlanır. Əski Türklərdə alplar Xaqanın yanında olduqları yerə görə fərqli adlarla tanınıblar.
Çoro Sağ yanında olanlara, Yoro Sol yanında olanlara deyiblər. İndi bu qayda Alpaqut -Turan Döyüş sistemlərinin yarışma qaydalarına daxil edilib. Yarışma zamanı Sağ istiqamətdə olan idmançı «Çoro», Sol istiqamətdə olan idmançı «Yoro» adlanır. Aypara, Batur, Caymaz, Qurşaq, Kaçut kimi savaş sistemləri olan bu idman növünə maraq günü-gündən artmaqdadı. İndi Azərbaycan Alpaqut Federasiyasının paytaxt Bakıdan başqa Respublikanın bir neçə rayonunda da filalları var. Federasiyanın Quba fialının Alpaqut məşqçisi Yusif Ələsgərov deyir ki, onların döyüşçüləri arasında dünya çempionu olanlar da var
Məşqçinin sözlərinə əsasən artıq 6 yaşından başalayaq hər kəs bu idman növü iıə məşğul ola bilər
Yusif Ələsgərov hazırda 40 yaxın ölkədə Alpaqut federasiyasının bölmələrinin çalışdığını bildirərərk vurğuladı ki, bu idmanın öz idmanımız olması Alpaqut savaşçılarının sorumluluqlarının artırır
Xatirldaq ki, Beynəlxalq Alpaqut Federasiyaının Azərbaycan başda olmaqla Almaniya, Birləşmiş Krallıq/İngiltərə, Qırğızstan, Çexiya, Türkiyə, Gürcüstan, İran, Pakistan, Hindistan, Livan, Macarstan, Ukrayna, Əlcəzair, Qazaxıstan, Qırğızıstan, Nepal, Özbəkistan və Rusiya üzrə rəsmi nümayəndəlikləri var.