Gözəl ətir saçmaqdan başqa güllərin düşünmədiyiniz daha nə kimi faydası var? Gül bir çoxlarımızın sevdiyi, ətrini bizə xoş ovqat verən güllərin həm də tibbi faydaları olduğundan xəbəriniz varmi?
Gül qoxusunun öyrənməyi asanlaşdırdığı və yaddaşı gücləndirdiyi ortaya çıxıb. Öyrənilən biliklərin necə yaddaşa qeyd edildiyi və bunların nə şəkildə və nə qədər müddət yaddaşda saxlanıldığı, elm adamlarının uzun illərdir narahat olduqları və üzərində çalışdıqları bir məsələdir. Son illərdə aparılan araşdırmalara görə, yataq otağında gül saxlamağın öyrənilən biliklərin yaddaşa yerləşdirilməsini təəccüblü dərəcədə müsbət təsir göstərdiyini bildirən mütəxəssislər , qısa müddətli gül iyləmək belə, yaddaşı gücləndirdiyini və unutqanlığın qarşısının aldığını ifadə edirlər.Beləki ,Almaniyanın "Frayburq" Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmada gül qoxusunun öyrənmə və bilik əldə etmə qabiliyyətini artırdığı məlum olub. Tədqiqatda 6-cı sinifdə oxuyan 50 şagird iştirak edib.İki qrupa ayrılan şagirdlərə eyni dil tədris edilib. Lakin qruplardan birinin masasına axşam dərslərinə çalışarkən gül ətirli təravətləndirici qoyulub. Daha sonra şagirdlərə öyrəndikləri məlumatlar əsasında söz testi təqdim edilib. Nəticələri yoxlayan tədqiqatçılar maraqlı situasiya ilə qarşılaşıb. Belə ki, təravətləndiricinin təsiri altında hazırlaşan şagirdlərin məlumat qəbulunda 30%-lik artım müşahidə olunduğu nəzərdən qaçmayıb.