Xalq təbabətində çox geniş istifadə olunur. Faydalı olduğu halda bəzi vaxtlarda atılan və ya istifadəsiz qalan Qanqal bitkisi...Taxıl zəmiləri, yonca sahələri, su bol olan ərazilər bitkinin məskəni hesab edilir. Tikanlı olduğu üçün əksər insanlar
ondan uzaq dursalar da, qanqalın dadını, xeyrli tərəflərini bilənlər onun yetişmə vaxtını səbirsizliklə gözləyir. Qanqal- yollarda, tarlaların kənarlarında, biçənək və otlaqlarda bitən çox geniş yayılmış bitkidir. Onun yazın əvvəlində yetişən şirəli özəyini böyükdən kiçiyə hamı xoşlayır. tibdə ləkəli alaqanqal adlandırılan bitkidən həm də müalicə vasitəsi kimi bir sıra xəstəliklər zamanı istifadə olunur.Hələ 2 min il bundan əvvəl qanqalın adı Qədim Romada tibbi mövzuda yazılan elmi əsərlərdə çəkilir və ondan qara ciyər xəstəliklərinin müalicəsində istifadə olunurdu. Xalq təbabətində də qanqal çox geniş istifadə olunur. Bu bitki ürək, oynaq xəstəlikləri, ateroskleroz, hepatit, öd daşı xəstəliyi, kolit, babasil, mədə xorası, dəri xəstəlikləri, ginekoloji xəstəliklər, düz bağırsaq çatları zamanı müalicəvi vasitə kimi istifadə olunur. Qanqaldan dəmləmə, yağ, müalicəvi toz hazırlayırlar. Qanqalın ən xeyirli hissəsi onun toxumlarıdır. Qanqal qara ciyər xəstəlikləri zamanı xüsusilə xeyirlidir. Qanqal dəmləməsi həmçinin müxtəlif dəri xəstəlikləri zamanı istifadə olunur, civzələr və sızanaqlardan azad olunmağa kömək edir. Eyni zamanda qanqalda müalicəvi yağ hazırlanır. Bu yağ yüksək yarasağaldan xüsusiyyətlərə malikdir. Bundan əlavə, qanqal orqanizmi ziyanlı maddələrdən, toksinlərdən təmizləyir, piylərin parçalanmasını sürətləndirir, iştahanı azaldır. Xatırladaq ki, qanqalın bütün növləri insanlar tərəfindən yeyilmir