AKTAU TÜRK DÜNYASININ MƏDƏNİYYƏT PAYTAXTI ELAN EDİLDİ
Baxış sayı: 46
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına - TÜRKSOY-a üzv dövlətlərin Aşqabadda keçirilən 41-ci toplantısında Aktau 2025-ci ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Qazaxıstan mətbuatı xəbər verir ki, tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Raev, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Türkiyədən mədəniyyət sahəsinin nümayəndələri, eləcə də beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Qeyd edək ki, görüşdə əsas diqqət türk mədəniyyətinin inkişafına və türk dövlətləri arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə yönəldilib. İştirakçılar türkdilli xalqların mədəni irsinin qorunub saxlanılması və populyarlaşdırılması istiqamətində birgə səylərin gücləndirilməsini müzakirə edərək qərarlar qəbul ediblər.