ADPU-NUN QUBA FİLİALINDA FİLM TƏQDİMATI KEÇİRİLİB
Baxış sayı: 23
ADPU-nun Quba filialında İnklüziv cəmiyyətin inkişafına töhfə olaraq gənc rejissor Elçin Ağazadənin ekranlaşdırdığı “Problem yoxdur” sənədli filminin təqdimatı keçirilib. Qafqaz TV xəbər verir ki, film əlilliyi olan şəxs Alik Cəfərovun həyat hekayəsindən bəhs edir. Filialın baş müəllimi Aytən Qurbanovanın moderatorluğu ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib. Sonra rejissor Elçin Ağazadə ekran əsərinin özəlliyindən söhbət açıb və bu tədbirin inklüziv cəmiyyətin inkişafı üçün böyük əhəmiyyət daşıdığını bildirib.Xüsusi təhsil məktəbləri üçün bir çox dərsliklərin müəllifi Aygün Qasımova inklüziv cəmiyyətin formalaşması üçün emosional zəkanın önəmindən və belə filmlərin insanlarda empatiya duyğusunun inkişafından bəhs edib. Sonra film nümayiş olunub.
Filmin nümayişindən sonra çıxış edən, Reha Təlim Təhsil Mərkəzinin rəhbəri İlhamə Axundova, Viqas Med Psixoloji və Nitq İnkişafı Mərkəzinin direktoru Fidan Bağırova və ADPU Quba filialının direktoru, dosent Yusif Alıyev rejissora təşəkkür edərək təəssüratlarını bölüşüblər.
Sonda rejissor Elçin Ağazadə ekran əsərinin yaranmasından və bu işdə əməyi keçən digər insanlardan danışıb.