Ölkəmizdə təhsilin yüksək səviyyədə inkişaf etdirilməsi istiqamətində bir sıra işlər həyata keçirilir.Görülən işlər çərçivəsində ali təhsil müəssisələrində imtahan prosesinin şəffaflığını göstərmək məqsədi ilə açıq qapı günü təşkil olunur.822 tələbənin təhsil aldığı Azərbaycan Dövlət Pedeqoji Universitetinin Quba filialında da növbəti açıq qapı günü reallaşıb.
Təhsil Nazirliyi yanında ictimai şura üzvləri,rayon təhsil şöbəsinin nümayəndələri və valideynlərində iştirak etdiyi açıq qapı günündə qonaqlar imtahan sessiyasını yaxından izləyiblər.İmtahan gedişatını nəzarət edən Təhsil Nazirliyinin nümayəndələri daha sonra valideynlərin müraciətlərini dinləyib .Onlara ünvanlanan sualları cavablandırıblar.Qurum rəsmiləri təşkil olunan imtahan sessiyasının şəffaf şəkildə həyata keçirildiyini və heç bir nöqsanın qeydə alınmadığını bildirdilər Ali təhsil müəssisində açıq qapı gününün keçirilməsinin əhəmiyyətindən bəhs edən Azərbaycan Dövlət Pedeqoji Universitetin Quba filialının direktoru Yusif Alıyev universitetin müstəqil ali təhsil müəssisəsi olaraq fəaliyyət göstərməsi və yeni ixtisasların verilməsi təkliflərini irəli sürüb. Açıq qapı günündə övladlarının imtahan prosesini yaxından izləmək şansı qazanan valideynlər də öz növbəsində imtahanlarda şəffaflığın yüksək səviyyədə təşkil olunduğunu bildiriblər. Məlumat üçün onu da bildirək ki,açıq qapı günündə təşkil olunan imtahanlarda 210 tələbə iştirak edib.