ACQARINA BƏZİ QİDALARI QƏBUL ETMƏK ZİYANLIDIR

Günə hansı formada başlamağımız digər saatlardakı enerjimizə təsir göstərir. Bu baxımdan acqarına etməməli olduğumuz bir çox vərdişlər var.Bəs bu vərdişlər hansılardır?

Bəzən müəyyən səbəblərdən yemək yeməyib,ac qarına əlimizə keçən qida vasitələrindən istifadə edirik və xəbərimiz belə olmadan,bəzi zərərli vasitələrə aludə oluruq.Bəs acqarına hansı qidaları qəbul etmək zərərlidir? İlk növbədə acqarına qəhvə içmək zərərlidir. Çünki,qəhvə tərkibindəki kofein sayəsində mədədə turşuluğu artırır. Belə anlarda əgər çay seçiminiz varsa, ona üstünlük verin. Sitrus şirələri də bu mövzuya daxildir.Çünki,bu şirələr vitamin və mineralla zəngin olsa da, acqarına qəbul edildikdə mədəni qıcıqlandıra bilər. Bu, xüsusən də qastrit və ya həzm problemi olan adamlarda daha tez özünü büruzə verir. Şirəni acqarına qəbul etmək istəyirsinizsə, ona yarı miqdarda su əlavə edin.Boş mədəyə iltihab əleyhinə dərman qəbulu da həzm ağırlaşmasına səbəb ola bilər.Bunlardan əlavə səhərlər acqarına idman etməyin daha çox kalori yandırmağa kömək etdiyinə dair məlumatlara inananlar var. Ancaq bu, əzələ kütləsini daha da azalda bilər.