98 YAŞLI VETERAN ZİYARƏT OLUNDU
Baxış sayı: 629
Quba Rayon İcra Hakimiyyətinin Başçısı Ziyəddin Əliyev Quba şəhər sakini , rayonun tanınmış ağsaqqalarından biri, uzun illər müxtəlif məsul vəzifələrdə çalışmış, 98 yaşlı 1941-1945 – ci illər müharibəsinin veteranı Qaflan Ömərovun evində olmuş , ona qiymətli hədiyyələr təqdim etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Qaflan Ömərovla ətraflı söhbət aparmış , onu narahat edən məsələləri dinləyərək adiyyəti şəxslərə lazımı tapşırıqlar vermişdir. Xatirladaq ki, Quba rayonunun Ərməki kəndində 1924- ci ildə dünyaya gələn Qaflan Ömərov İkinci Dünya müharibəsi iştirakçısıdır. O , 1941 – ci ildə SSRİ ilə Almaniya arasında başlayan müharibəyə könüllü olaraq qatılıb və ön cəbhədə faşistlərə qarşı vuruşub.