6 KƏNDİN RAYON MƏRKƏZİ İLƏ ƏLAQƏSİ KƏSİLİB
Baxış sayı: 134
Aramsız yağan leysan xarakterli yağışdan sonra yaranan sel Qubada növbəti fəsada yol açıb. Beləki, gecə saatlarında Quba-İspik-Xınalıq yolunda sel avtomobil körpüsünü uçurub. Nəticədə 6 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Yol bağlandığı üçün Xınalığa getmək istəyən yerli sakinlər və turistlər geri qayıtmalı olublar. Onlara alternativ olaraq Quba-Alpan-Susay-Xınalıq yolundan istifadə etmək təklif olunub. Körpünün bərpasına gəlincə, Quba 5 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Soltanov bildirdi ki, hazırda çayda suyun səviyyəsi çox olduğu üçün təmir işlərinə başlamaq mümkün deyil. Sel suları azaldıqdan sonra ərazidə yeni körpünün inşasına başlanılacaq. Qeyd edək ki, bundan öncə leysan xarakterli yağış nəticəsində Qubanın Küpçalqışlaq kəndində və Bakı-Quba-Rusiya sərhədi yolunda fəsadlar yaranmışdı. Hazırda fəsadların aradan qaldırılması üçün sel sularının azalması gözlənilir.