19 bələdiyyə üzrə 183 yer uğrunda 527 nəfər namizəd mübarizə aparıb 53 saylı Dairə Seçki Komissiyanın sədri Rahim Qarayev bildirib ki, sözügedən seçki dairəsinin 76 seçki məntəqəsi var. 53 saylı Quba Qusar seçki dairəsindən birbaşa məlumat almaq üçün Qafqaz tv-nin müxbiri Emin Kərimov Bələdiyyə seçkiləri ilə bağlı son məlumatı alıb.
Sədr bildiribki,19 bələdiyyə üzrə 183 yer uğrunda 527 nəfər namizəd mübarizə aparıb:"Ümumilikdə 53 saylı Quba-Qusar seçki dairəsində 48 624 nəfər seçici qeydiyyatda olub.Onlardan 741 nəfəri ilk dəfə səs verən vətəndaşlardır.Yaşı 100-dən yuxarı olan 3 seçici var.Bütün məntəqələr lazımi avadanlıqlarla təmin olunub,10 məntəqədə vebkameralar quraşdırılıb.19 bələdiyyənin 4-ü Qusar rayonu ərazisində yerləşir.Seçki prosesində hec bir qeyri-qanuni hərəkətlər qeydə alınmayıb". 52 saylı Dairə Seçki Komissiyasının (DSK) sədri Mübariz Abasov deyib ki, səsvermə sakit formada və qanunlar çərçivəsində keçirilib.Onun sözlərinə görə, DSK-nın 72 seçki məntəqəsi var: "19 bələdiyyə üzrə 185 yer uğrunda 491 nəfər namizəd mübarizə aparıb.Ümumilikdə 52 saylı seçki dairəsində 46952 seçici qeydiyyatda olub. Onlardan, 885 nəfəri ilk dəfə səs veren vətəndaşlar olub" Komissiya sədri deyib ki, bütün məntəqələr lazımi avadanlıqlarla təmin olunub,10 məntəqədə veb-kameralar quraşdırılıb: "seçki prosesində qanun pozuntusu qeydə alınmayıb". Bələdiyyə seçkiləri ilə bağlı Qafqaz tv-nin müxbiri Emin Kərimov Qusarda seçkilərlə bağlı maraqlanıb.Qusar 51 saylı seçki dairəsinin 6 saylı seçki məntəqəsini izləyib.Qusarda olmuşkən 51 saylı Qusar seçki dairəsinin 1 saylı məntəqədə də olduq. 51 saylı Qusar seçki dairəsi, dairə seçki komissiyasının katibi İsabala Xankişiyev Qafqaz tv-yə açıqlamasında bildirib ki, 51 saylı Qusar seçki dairəsində 45740 seçici qeydə alınıb. Bu dairə üzrə 63 seçki məntəqə üzrə 625 namizəd mübarizə aparıb.Ən marağlısı isə Qusar rayon Bədişqala kəndinin ən yaşlı sakini 107 yaşlı Bəsbəyi Döndərovadır.Bəsbəyi nənə daşınan qutudan imtina edərək seçki məntəqəsinə özü gəlib.