44 GÜNLÜK ZƏFƏRİN 44 QAZİSİ XAÇMAZDA
Baxış sayı: 541
Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşəbbüsü və təşkilatçılığı ilə 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərindən olan, 44 günlük Vətən müharibəsində iştirak etmiş 44 nəfər qazi və veteranın Xaçmaz rayonu Nabran qəsəbəsində istirahətləri təmin edildi.
22 iyundan 27 iyuna kimi təşkil edilən istirahət günlərində qazi və veteranlar arasında mini futbol, voleybol, stolüstü tennis, bilyard, şahmat və dama yarışları keçirildi.
Bu yarışların təşkilində əsas məqsəd veteran və qazilərin istirahətlərinin səmərəli təşkilidir.
26 iyun Silahlı Qüvvələr günü münasibətilə Fövqaladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının 44 günlük Vətən Müharibəsi qazi və veteranlarının arasında keçirilən idman yarışlarının qalibləri mükafatlandırma mərasimi keçirildi.
Mükafatlandırma mərasimində çıxış edən FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov qazi və veteranları 26 iyun Silahlı Qüvvələr günü münasibətilə təbrik edərək 44 günlük Vətən Müharibəsində ordumuzun göstərdiyi misilsiz qəhrəmanlıq və şücaətdən, ölkə rəhbərliyinin müharibə əlili və veteranlarına olan diqqət və qayğısından danışdı.